Pezeşkian: Reallıq budur ki, artıq seçimimiz yoxdur!
İran Prezidenti paytaxtı Tehrandan köçürmək məsələsini bir daha qaldırıb
İran Prezidenti Məsud Pezeşkian su təchizatı problemləri səbəbindən paytaxtı Tehrandan köçürmək məsələsini bir daha qaldırıb.
"Paytaxtı köçürməli olduğumuzu deyəndə, kifayət qədər büdcəmiz belə yox idi. Əgər köçürsəydik, bəlkə də bu, edilərdi".
Reallıq budur ki, artıq seçimimiz yoxdur; bu, bir zərurətdir. Bu bölgəni əlavə əhali və tikinti ilə yükləyə bilmərik. Biz onu inkişaf etdirə bilərik, amma su problemini həll edə bilməyəcəyik.
Bəli, biz Fars körfəzindən Tehrana su nəql edə bilərik, amma suyun hər kubmetri təxminən 500.000 tümənə başa gəlir. Hər kubmetr su üçün belə bir qiymət ödəmək məntiqlidirmi? Bunu hansı məntiq dəstəkləyir?
"Biz ölkələrimizin gələcəyi üçün birdəfəlik yeni, elmi və əhatəli bir plan hazırlamalıyıq", - deyə Pezeşkian bildirib.

Hökumət sözçüsü Fatimə Mühacərani daha əvvəl İran Prezidenti Məsud Pezeşkianın paytaxtın Tehrandan köçürülməsi ilə bağlı açıqlamasının qeyri-real olduğunu və yalnız problemin ciddiliyini nümayiş etdirmək üçün verildiyini bildirmişdi.
1 dəqiqə