XƏBƏRLƏR / Qonşular

İran öz ərazisində erməni separatçılarına şərait yaradır

İsfahanda yerli hakimiyyət rəsmilərinin iştirakı ilə ermənilər Azərbaycana ərazi iddiası səsləndirirlər

İran öz ərazisində erməni separatçılarına şərait yaradır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı rəsmi bəyanatlarına baxmayaraq, reallıqda tamamilə əks hadisələr baş verir.

    Azərbaycanın bütövlüyünə açıq şəkildə qarşı çıxan bir qrup erməni separatçısı İsfahanda toplaşıb.

    Onlar çıxışlarında və konsert proqramında Türkiyə və Azərbaycana qarşı ərazi iddiası ilə çıxış ediblər.

    Üstəlik, İran dövlət bayrağının yanında separatçıların cır-cındır əskisi asılıb.