KTMT üzvü İrəvanın NATO ölkəsi olan Polşayla hərbi sazişi
Bu barədə məlumatı Ermənistanın baş naziri Paşinyan yayıb
Ermənistan və Polşa Varşavada hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.
Saziş Ermənistanın Baş naziri Nikol Paşinyan və Polşanın Baş naziri Donald Tusk arasında keçirilən görüşdən sonra imzalanıb.
Sazişi Ermənistan tərəfindən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Polşa tərəfindən isə Polşanın milli müdafiə naziri Vladislav Kosiniak-Kamış imzalayıb.
Ermənistanın baş nazirı Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb: "Ermənistan Respublikası ilə Polşa arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalandı və Donald Tuskla birlikdə bəyanatlar verildi."
Xatırladaq ki, Ermənistan 15 may 1992-ci ildən Rusiyanın çətiri altinda yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Son vaxtlar İrəvan KTMT-də üzvlüyünü dondurması haqda bəyanat versə də, ölkə təşkilatın üzvü olaraq qalır.
Polşa isə rəsmi olaraq 12 mart 1999-cu ildə NATO-ya qoşulub. Macarıstan və Çexiya ilə birlikdə Polşa Soyuq Müharibənin bitməsindən sonra şərqə doğru ilk genişlənmə dalğasının bir hissəsi olaraq alyansa qoşulub.
1 dəqiqə