Türk lirəsi yenə ucuzlaşdı
Bunu seçki dövründə ölkədə valyutaya tələbatın artması ilə izah edirlər
"Reuters" xəbər verir ki, mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində türk lirəsi cümə günü dollar qarşısında rekord minimuma enərək 20 lirəyə düşüb.
Bildirilir ki, səhərə lirə 0,3% ucuzlaşaraq 1 dollar üçün 19,99 olub. Lirənin 2021-ci ildə 44%, 2022-ci ildə isə 30% dəyər itirərək enişini davam etdirəcəyi gözləntiləri fonunda seçki dövründə ölkədə valyutaya tələbat artıb.
Bu il lirənin itirilməsi əsasən fevral ayında Türkiyənin cənubundakı böyük bir bölgədə 50 mindən çox insanın ölümünə və geniş dağıntılara səbəb olan dağıdıcı zəlzələlərlə bağlı olub.