XƏBƏRLƏR / Qonşular

Paşinyan sülh prosesində "zamin" problemi haqda danışıb

Ermənistanın baş naziri içtimayyət qarşısında çıxış edib

Paşinyan sülh prosesində "zamin" problemi haqda danışıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş naziri içtimayyət qarşısında çıxış edərək Azərbaycanla sülh prosesində "zamin" problemi haqda danışıb:

    "İndi çoxları Azərbaycanla bərqərar olan sülhdən danışaraq, "Qoy zaminlər olsun" və sair kimi şeylər deyir.

    Düşünürəm ki, bu, köhnəlmiş düşüncə tərzimizin nəticəsidir, çünki artıq de-yure öhdəlikləri olan təhlükəsizlik zaminimiz olduğu vaxtı unuduruq. Regional problemlərlə qarşılaşanda ilk reaksiyamız belə olur: "Kimə zəng edək?" Bu, bizim ilk reaksiyamız, ikinci və üçüncü reaksiyamız idi...

    Amma bir anda bunun səhv yanaşma olduğunu və içimizdə baş verən fundamental siyasi dəyişikliyi anladıq: problemlərimizin ağası olduğumuz və buna görə də problemimizi həll etməyin bizim məsuliyyətimiz olduğu qavrayışı! Və beləliklə, problemlərimizi həll etməyə başladıq, o cümlədən ağrımızı ikiqat, bəzən üçqat artırdıq... çünki ağrımızın yalnız bizi narahat etdiyini anladıq.

    Ona görə də qavrayışımız belədir: təhlükəsizliyimizin zamini biz özümüzük!"