XƏBƏRLƏR / Qonşular

İsrailin saxladığı 3 türkiyəli deputat Azərbaycana gətirilir

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib

İsrailin saxladığı 3 türkiyəli deputat Azərbaycana gətirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotilyasında saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir.

    "TRT Haber"in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

    Qeyd edək ki, Səadət Partiyasının deputatları Necmettin Çalışkan, Mehmet Atmaca və Sema Silkin Ün "Azadlıq donanması"nda saxlanılanlar arasında olub.