Fransa Ermənistan-Azərbaycan sərhədində Fəxri Konsulluq açıb
Bu barədə Ermənistan mediası xəbər verib

Fransa Ermənistanın Gorus rayonunda Fəxri Konsulluğunu açıb.
Ermənistan mediası xəbər verir ki, bu münasibətilə Fəxri konsulu Ermənistan vətəndaşı, Gorus sakini, şəhərdəki Frankofoniya Mərkəzinin direktoru Karmen Apuntsun ofisinin təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə Fransa səfiri və digər rəsmi şəxslər iştirak edib.
Karmen Apunts kimdir:
- Gorusda anadan olub və orta məktəbi bitirib,
- İrəvan Bryusov Dövlət Universitetini və Yerevan Dövlət Universitetini bitirib;
- Müxtəlif məktəblərdə fransız dilindən dərs deyib, universitetlərdə və tibb mərkəzlərində tərcüməçi kimi fəaliyyət göstərib;
- 20 ildir Gorusda Frankofoniya Mədəniyyət Mərkəzinə rəhbərlik edir;
- Fransanın Lion-3 Universitetində peşəkar təlim keçib.