Rusiyada azərbaycanlı deputat səbəbsiz cəzalandırılıb
Prokurorluq onun ifadələrində qanun pozuntusu aşkar etməyib

Xantı-Mansi Muxtar Dairəsini özbəklərin tarixi vətəni adlandıran deputat Xalid Tağı-zadənin bəyanatında prokurorluq heç bir qanun pozuntusu aşkar etməyib.
Bildirilib ki, onun çıxışında Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulması ilə bağlı birbaşa və ya dolayı çağırışlar olmayıb. Yuqra mütəxəssisləri ekstremizm əlamətləri aşkar etməyiblər.
Xalid Tağı-zadənin özü bu yoxlamaya münasibət bildirib:
"Bilirdim ki, heç nə tapmayacaqlar. Çünki orada ekstremizm və ya ərazi bütövlüyünün pozulması əlaməti yoxdur", - millət vəkili deyib.
Tağı-zadə əlavə edib ki, bütün yoxlamalar və ekspertizalar başa çatmamış komitə sədrinin müavini vəzifəsindən və əməkhaqqından məhrum etmə şəklində cəzanı ədalətsiz hesab edir.
"Mən danışdım, amma heç kim qulaq asmadı. Bütün bunlar qanunsuzdur. Bu, konstitusiya normalarının pozulmasıdır. Bu, təhlükəli presedentdir ki, dövlət orqanına belə təzyiqlər yaradıla bilər. Adama başdan-ayağa şər atmaq, sonra isə qanunvericilik səviyyəsində məsuliyyət tədbirləri görmək".