Rusiyada azərbaycanlı polis rəisi saxlanılıb VİDEO

Bu haqda RBC məlumat yayıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Rusiyanın Nijni Novqorod hava limanının polis şöbəsinin rəisi, azərbaycanlı Namiq Musayev “qanunsuz miqrasiya kanalının təşkili” ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.

    Bu haqda RBC məlumat yayıb.

    Onun saxlanılması xəbərini Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi təsdiqləyib.

    “İlkin olaraq müəyyən edilib ki, o, Rusiyanın miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların inzibati məsuliyyətə cəlb edilməməsi üçün dəfələrlə tədbirlər görüb”, - məlumatda deyilir.