XƏBƏRLƏR / Qonşular

Gürcüstanda elektrik enerjisi təminatı tam bərpa olunub

YENİLƏNİB

Gürcüstanda elektrik enerjisi təminatı tam bərpa olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 09:40

    Gürcüstanda elektrik enerjisi təchizatı tam bərpa edilib.

    Bu barədə “Gürcüstan Dövlət Elektrosistemi” SC-dən bildirilib.

    Məlumata əsasən, ötən axşam ölkədə elektrik enerjisi təminatında yaranmış müvəqqəti fasiləyə “İnquri” SES-də aparılmış müvafiq yoxlama işləri səbəb olub. İşlər iyulun 24 və 25-də baş vermiş kütləvi elektrik enerjisi kəsintiləri ilə bağlı həyata keçirilib.

    ***

    05 avqust 2026-cı il

    23:11

    SputnikGeorgia xəbər verir ki, Gürcüstanda son iki həftə ərzində üçüncü böyük elektrik kəsilməsi qeydə alınıb.

    Gürcüstanın hər şəhərində elektrik kəsilib, Tbilisi metrosu və dəmir yolları sıradan çıxıb.

    Səbəb kimi İnquri su elektrik stansiyasında planlaşdırılan sınaqlar olub. 

    Elektrikin kəsilməsi nəticəsində Tbilisi-Bakı qatarının yola düşməsi 1 saat ləngiyib.