XƏBƏRLƏR / Qonşular

Paşinyan İrəvanda səfərdə olan Lavrovla görüşüb

Ermənistanın baş naziri Rusiya XİN rəhbəri ilə ikitərəfli gündəliyi müzakirə ediblər

Paşinyan İrəvanda səfərdə olan Lavrovla görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Baş nazir Paşinyan qonaqları salamlayaraq Ermənistanla Rusiya Federasiyası arasında münasibətlərin hazırkı vəziyyətinə toxunub.

    Sergey Lavrov qəbula görə minnətdarlığını bildirib və Rusiyanın Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.

    Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyi, Aİİ çərçivəsində əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.