Qarabağdan könüllü köçən 3 min erməni Ermənistanı tərk edib
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib
Bu günə qədər Dağlıq Qarabağdan olan 3000-dən çox köçkün Ermənistanı tərk edib, baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
O, Qarabağdan olan məcburi köçkünləri Ermənistanda qalmağa çağırıb. Paşinyanın sözlərinə görə, Ermənistan hakimiyyəti onlara dəstək olmaq üçün əlindən gələni edir. Baş nazir əmin edib ki, Ermənistan hökumətinin siyasəti Qarabağ sakinlərinin Ermənistanda qalması üçün hər şeyi etməkdir.
Qeyd edək ki, bir həftə öncə Paşinyan Ermənistanı 2 500 qarabağlı erməninin tərk etdiyini demişdi.