KKTC prezidenti Ersin Tatarın dediklərindən çıxarışlar:
- Prezident Ərdoğanın KKTC-yə ilk səfəri bizim üçün çox şey deməkdir. Sizin varlığınız bizə güc verir.
- Kiprdə konstruktiv təkliflərlə bir növ qarşı tərəfi xəbərdar edirik.
- Adada iki ayrı xalq var, ortaq bir komitə yaradılmalıdır.
- Biz suverenlik əsasında, struktur və hər iki tərəfin xalqının mənafeyi naminə əməkdaşlıq edirik.
- Mavi Vətən etibarlı əllərdədir. KKTC vətənlə həmahəngdir. Aramızdakı müqəddəs və qədim bağı heç bir güc qıra bilməz.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri başlayıb. Bu barədə TRT məlumat yayıb.
Onu səfərdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşayiət edir.
Prezident Ərdoğanı Ercan hava limanında KKTC Prezidenti Ersin Tatar və xanımı Sibel Tatar, KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Töre, Baş nazir Ünal Üstel və Türkiyənin Lefkoşa səfiri Metin Feyzioğlu və digər rəsmi şəxslər qarşılayıblar.