XƏBƏRLƏR / Qonşular

İran Azərbaycanın Tehrandakı səfirliyinin açılmasını istəyir

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani deyib

İran Azərbaycanın Tehrandakı səfirliyinin açılmasını istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və İran Tehrandakı səfirliyin fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır?

    İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani tərəflərin bununla bağlı danışıqlar apardığını iddia edib. Kənani bildirib ki, artıq iki ölkənin xarici işlər nazirləri arasında 4 raund telefon danışığı baş tutub. Bundan əlavə, o qeyd edib ki, guya Azərbaycan və İran nümayəndə heyətləri arasında da danışıqlar aparılıb.

    Nəticədə, Kənaniyə görə, müəyyən irəliləyiş əldə olunub və ortaq bir fikir var ki, gərginlik səhifəsini çevirmək olar. O əlavə edib ki, hazırda ikitərəfli gərginliyin yumşaldılması məsələsi müzakirə olunur, bundan sonra Azərbaycanın Tehranda səfirliyinin açılması məsələsi müzakirə olunacaq.

    Kənaninin bəyanatına Azərbaycan tərəfi hələlik münasibət bildirməyib.