XƏBƏRLƏR / Qonşular

Türkiyədəki nümayişlərdə yüzdən çox polis yaralanıb FOTO

Məlumatı Türkiyə daxili işlər naziri Əli Yerlikaya verib YENİLƏNİB

Türkiyədəki nümayişlərdə yüzdən çox polis yaralanıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Daxili İşlər Naziri Əli Yerlikaya: “Nümayişlərdə 123 polisimiz yaralanıb”.

    Həmin tədbirlər zamanı turşu, daş, dəyənək, fişəng, molotof kokteyli, balta və bıçaqlar müsadirə olunub.

    İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya və terror istintaqı ilə bağlı 5 gün davam edən etirazlarda 1133 şübhəli saxlanılıb.

    Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşımında bildirib.

    Qeyd olunub ki, polisə basqın edən, xalqın əmlakına zərər vuran şəxslər barəsində məhkəmə prosesi davam etdirilir. Tutulanlar arasında 12 müxtəlif terror təşkilatına bağlı şəxslər müəyyən edilib.