Aİ-nin Ermənistandakı missiyası sabitlik üçün riskdir
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bunu XII Qlobal Bakı Forumu çərçivəsində deyib

Elnur Məmmədov: Ermənistan qəbul etdi ki, Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyası sabitlik üçün riskdir
XII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov:
Aİ missiyası artıq ikinci ildir ki, mülki missiya adı altında fəaliyyət göstərir, amma faktiki olaraq kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Onun fəaliyyəti regionda sabitliyə ciddi risklər yaradır. Sülh layihəsi üzərində iş uzun müddətdir ki, davam edir və son iki nöqtə iki ilə yaxındır ki, razılaşdırılmamış qalır. Onlardan biri birbaşa üçüncü qüvvələrin, o cümlədən şərti qüvvələrin sərhədə yerləşdirilməməsinə aid idi.
Ermənistan bu şərti qəbul etdi, bu o deməkdir ki, biz düzgün istiqamətdə gedirik. Bununla belə, bütün şərtlərin yerinə yetirilməsi vacibdir – Ermənistanın silahlanmasının dayandırılması və sərhəddə üçüncü qüvvələrin olmaması.