XƏBƏRLƏR / Qonşular

Paşinyan Putinə hesabat vermək üçün zəng edib

Bu barədə Ermənistan hökuməti məlumat verib

Paşinyan Putinə hesabat vermək üçün zəng edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı aparıblar. Ermənistan baş naziri Rusiya liderini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb.

    Bu barədə Ermənistan hökuməti məlumat verib

    İkitərəfli və regional əlaqələrə dair məsələlər də müzakirə edilib.

    Martın 13-də məlum olub ki, İrəvan və Bakı sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar. Tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlı idi.

    Söhbət əsnasında Paşinyan söz verib ki, 9 may günü Moskvada paradda iştirak etmək üçün Rusiyanın paytaxtında olacaq.