XƏBƏRLƏR / Qonşular

İranda etirazlar genişlənir, sahibkarlar işi dayandırırlar

İranın 92 şəhərində 285 məhəlləyə yayılan etirazlar onuncu gündür davam edir və şiddətlənir XƏRİTƏ/FOTO

İranda etirazlar genişlənir, sahibkarlar işi dayandırırlar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün sosial mediada paylaşılan video və məlumatlara görə, Şiraz bazarında sahibkarlar İranda davam edən ümumxalq tətillərinə qoşularaq mağazalarını bağlayıblar.



    Şiraz bazarı və ətraf küçələrdə çəkildiyi bildirilən görüntülərdə etirazçıların “Xameneiyə ölüm olsun” şüarı səsləndirdiyi eşidilib.

    Yerli mənbələr etirazların dağıdılması zamanı təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etdiyini bildirir. (Independent Persian)

    Qeyd edək ki, İranda 92 şəhərdə 285 məhəlləyə yayılan etirazlar onuncu gündür davam edir və şiddətlənir.

    Gərginləşmə fonunda tibb müəssisələrinə hücumlar barədə məlumatlar yayılır - İlamdakı xəstəxanaya edilən son hücumdan sonra Tehranda tibb müəssisəsinə daha bir hücum barədə məlumat verilib. HRANA insan haqları qrupunun məlumatına görə, ölənlərin sayı 36-ya çatıb və 10 gün ərzində 2000-dən çox insan həbs edilib.