XƏBƏRLƏR / Qonşular

Nikol Paşinyan Məsud Pezeşkian ilə telefon danışığı aparıb

Bu barədə Ermənistan mediası məlumat yayıb

Nikol Paşinyan Məsud Pezeşkian ilə telefon danışığı aparıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    Danışıq zamanı Paşinyan Ermənistan və Azərbaycan arasında "Sülhün bərqərar edilməsi və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsinin mətni üzrə razılığın əldə edildiyini və müzakirələrin tamamlandığını bildirib.

    Tərəflər, həmçinin Ermənistan-İran əlaqələrinə dair regional və ikitərəfli məsələləri müzakirə ediblər.