Paşinyan erməni xalqından nəyi gizlədib?
Bu barədə Ermənistan baş naziri "Facebook" səhifəsində məlumat verib
Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifsində bəyan edib ki, “1994-cü ildən, yəni atəşkəsdən sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi aparılıb”.
“Danışıqlar prosesinin başqa məzmunu yox idi. Ermənistan Respublikasında başqa məzmunlu diskussiyalar sırf daxili siyasi problemləri həll etmək üçün tətbiq edilib”, - baş nazir sosial şəbəkələrdə yazıb.
“Bu kontekstdə mən böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olanda yuxarıdakıları özümə etiraf etmədim (sizə məlum olan vətənpərvərlik modelim bunu etməyə imkan vermədi) və ona görə də bütün bunları xalqa izah etmədim", - Paşinyan qeyd edib.