XƏBƏRLƏR / Qonşular

Türkiyədə bayrama görə təqaüdçülərə 4000 TL pay veriləcək

TRT xəbər verir

Türkiyədə bayrama görə təqaüdçülərə 4000 TL pay veriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə milyonlarla (16 milyona yaxın) təqaüdçünün səbirsizliklə gözlədiyi Ramazan Bayramı mükafatının veriləcəyi tarix dəqiqləşib. Sosial Müdafiə Təşkilatı ödənişlərin bu gündən başlayacağını açıqlayıb.

    Təqaüdçülərə bu il Ramazan bayramında 4 min lirə (185 AZN) mükafat veriləcək.

    Bayram mükafatları ilkin olaraq 3 min lirə (139 AZN) olaraq hesablara yatırılacaq. Mükafat məbləğinin artırılması ilə bağlı qanun layihəsi parlamentdə qəbul edildikdən sonra "Resmi Gazete"də dərc olunacaq. Bundan sonra fərq məbləğləri ödəniləcək.