XƏBƏRLƏR / Qonşular

Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək

Ermənistan və Azərbaycan sərhədçiləri sərhədi müstəqil şəkildə qoruya biləcəklər

Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək.

    Ermənistan mənbələri xəbər verir ki, bu barədə Ermənistan hökumət başçısı jurnalistlərlə söhbətində deyib.

    Baş nazirin sözlərinə görə, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütü istiqamətlərdə öz təsirini göstərməlidir. "Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o demək olacaq ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər", - Nikol Paşinyan deyib.