XƏBƏRLƏR / Qonşular

Rusiyada yanacaq qıtlığı get-gedə kəskinləşir

Hökumət 2025-ci ilin sonuna qədər benzin ixracını qadağan edib

Rusiyada yanacaq qıtlığı get-gedə kəskinləşir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Baş nazirin müavini Aleksandr Novak yaranmış vəziyyətlə bəyan edib ki, "Rusiya hökuməti 2025-ci ilin sonuna qədər benzin ixracını qadağan edəcək və eyni müddət ərzində qeyri-istehsalçılar üçün dizel yanacağı ixracına embarqo tətbiq edəcək".

    "Bizim bir həll yolumuz var. Tezliklə benzinin ixracına qoyulan qadağanı ilin sonuna qədər uzadacağıq, həmçinin ilin sonuna qədər qeyri-istehsalçılar üçün dizel yanacağının ixracını qadağan edəcəyik. Bu, bazarı daha da neft məhsulları ilə təmin etməyə imkan verəcək", - Novak bildirib.

    Qeyd edək ki, Rusiyada yanacağ böhranı Ukrayna pilotsuz təyyarələrinin avqustun əvvəlindən neft emalı zavodlarına və nasos stansiyalarına zərbələrinin nəticəsidir. Rusiya ekspertləri ölkədəki neftayırma zavodlarının 25 faizinin sıradan çıxmasını deyirlər.