XƏBƏRLƏR / Qonşular

Rusiya ilə Ermənistan yeni atom enerji blokları yaradırlar

"Rosatom" Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçov İrəvanda səfərdədir

Rusiya ilə Ermənistan yeni atom enerji blokları yaradırlar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Baş naziri Nikol Paşinyan "Rosatom" Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    "Armenpress"in Ermənistan Baş nazirinin ofisinə istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan Atom Elektrik Stansiyasının (AES) 2-ci blokunun ömrünün uzadılması ilə bağlı məsələlər, eləcə də Rusiya tərəfindən Ermənistanda yeni AES-in tikintisi ilə bağlı təkliflər müzakirə olunub.

    Paşinyan qeyd edib ki, Ermənistan hökuməti yeni AES-in tikintisi ilə bağlı beynəlxalq tərəfdaşlardan alınan təklifləri müzakirə etməyə davam edir və yaxın gələcəkdə qərar veriləcək.

    Nikol Paşinyan son qərarın qiymət, keyfiyyət, təhlükəsizlik, son tarixlər və zəmanətlər nəzərə alınmaqla sırf iqtisadi xarakter daşıyacağını vurğulayıb.

    Aleksey Lixaçov qeyd edib ki, onlar mövcud AES blokunun ömrünün uzadılması da daxil olmaqla, erməni tərəfdaşları ilə konstruktiv əməkdaşlıq qurublar.

    Daha sonra "Rosatom"un baş direktoru yeni atom elektrik stansiyasının, eləcə də kiçik və orta tutumlu enerji bloklarının tikintisi üçün təkliflər və mümkün mexanizmlər barədə ətraflı məlumat verib.