XƏBƏRLƏR / Qonşular

Paşinyan Tbilisidə Kobaxidze ilə görüşüb

Məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb

Paşinyan Tbilisidə Kobaxidze ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfəri çərçivəsində gürcü həmkarı İrakli Kobaxidze ilə görüşüb.

    Məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

    Bildirilib ki, tərəflər təkbətək görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini və ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasını müzakirə ediblər.

    “Söhbət zamanı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın xüsusi əhəmiyyəti vurğulanıb və regionda sülh və sabitliyin təmin edilməsində birgə səylərin rolu qeyd edilib”, - məlumatda qeyd edilib.

    Qeyd edək ki, hər iki ölkənin hökumət başçıları UEFA Millətlər Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan və Ermənistan milli komandaları arasında futbol matçını izləyəcəklər.