Rusiyada təyyarələrə avtomobil benzini vururlar
Krım, Moskva, Sankt-Peterburq, Belqorod, Kursk, Leninqrad və Moskva vilayətlərində yanacaq çatışmazlığı qeydə alınıb
Rusiyada təyyarələrə aşağı oktanlı avtomobil (!) benzini doldurulmağa başlayıblar — rusiyalı mütəxəssislər iddia edirlər ki, bu cür hərəkətlər mühərrikin partlamasına və dartma qüvvəsinin azalmasına səbəb olacaq.
Səbəb aydındır — Rusiyadas aviasiya yanacağının tam çatışmazlığı və qiymətinin kəskin artması.
Bazar iştirakçıları xəbərdarlıq edirlər ki, bəzi bölgələrdə aviasiya benzini ehtiyatları yalnız bir neçə həftəyə çata bilər.
An-2 Operatorları Assosiasiyası iyun ayının sonuna qədər Nəqliyyat Nazirliyinə reaktiv yanacaq və aviasiya benzininin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı təklif təqdim edəcək.
Aviasiya yanacağı ilə bağlı problemlər fonunda Rusiya artıq təchizatda fasilələr yaşayır. Daha əvvəl ölkənin bir neçə bölgəsində, o cümlədən Krım, Moskva, Sankt-Peterburq, Belqorod, Kursk, Leninqrad və Moskva vilayətlərində yanacaq çatışmazlığı qeydə alınıb. Bəzi neft şirkətləri benzin və dizel yanacağının satışına məhdudiyyətlər tətbiq edib və Rusiya Energetika Nazirliyi çətinlikləri yanacaq-enerji obyektlərinə dron hücumlarının nəticələri ilə əlaqələndirib.
Xatırladaq ki, iyunun 1-dən noyabrın 30-dək Rusiya daxili bazarı sabitləşdirmək üçün ilk dəfə olaraq təyyarə yanacağının ixracını məhdudlaşdırıb.
1 dəqiqə