Paşinyan Fransaya gedir
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 10-11-də Fransada olacaq və orada bu ölkənin prezidenti Emmanuel Makronla görüşü planlaşdırılıb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan süni intellektə həsr olunan sammitdə də iştirak edəcək.
Fransanın qəzeti Libération qəzeti öz üz qabığını bu gün Parisdə başlayan süni intellektin inkişafına həsr olunmuş sammitə həsr edib.
“Paris Süni İntellekt Sammiti. Dövlət başçıları və dünyanın süni intellekt elitası iki günlük görüş keçirir. ABŞ-Çin liderliyi ilə üz-üzə qalan Fransa və Avropa yarışda qalmağa və onu tənzimləməyə çalışırlar”, - nəşr yazır.