
16:25
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu “korrupsiya” ittihamı üzrə məhkəmənin verdiyi həbs qərarı əsasında həbsxanaya göndərilib. O, həbs müddətini çəkmək üçün Mərmərə Qapalı Həbsxanasına göndərilib.
***
12:26
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Başqanının müşaviri və İBB Medya AŞ İdarə Heyətinin sədri Murat Ongun, İBB-yə yönəlik aparılan korrupsiya və terror araşdırması çərçivəsində həbs edilib.
Bu barədə Türkiyənin xəbər mənbələri məlumat yayıb.
İmamoğlu, İBB Baş katibinin müavini Mahir Polat və Şişli Bələdiyyə sədri Resul Emrah Şahan da daxil olmaqla 7 şübhəli, "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə araşdırılır.
Murat Ongun təşkilat üzvü olmadığını və buna görə də etkin peşmanlıq hökmlərindən faydalanmaq istəmədiyini bildirib. O, mətbuat əməliyyatlarını idarə etdiyi iddialarına cavab olaraq, işini yaxşı gördüyünü və heç kimə qarşı qaralama kampaniyası aparmadığını qeyd edib. M.Ongun jurnalistlərə maddi dəstək verdiyi iddialarını rədd edərək, belə bir şeyi özünə yaraşdırmadığını və İBB olaraq yalnız rəsmi yollarla media qurumlarına reklam verərək dəstək olduqlarını vurğulayıb.
***
11:07
İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 99 şübhəli barəsində “cinayətkar təşkilatın lideri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvətxorluq”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “qanunsuz olaraq ələ keçirmə” ittihamları ilə açılan araşdırmalar davam edir.
Polis bölməsindəki əməliyyatlardan sonra bəzi şübhəlilər Çağlayandakı İstanbul Ədliyyəsinə sövq edilib.

Hakimlər İBB sədri İmamoğlunun həbsinə qərar verib.