"Estoniyadakı hərbi zavodu Rusiya kəşfiyatı yandırıb..."
Bu bəyanatla Estoniya xarici işlər naziri Marqus Tsahkna çıxış edib
Estoniya xarici işlər naziri Marqus Tsahkna Rusiya kəşfiyyat xidmətlərini 2026-cı ilin avqust ayının ortalarında Tallində "Milrem Robotics" müdafiə şirkətinin binasına edilən qəsdən edilən yanğın hücumunu təşkil etməkdə günahlandırdı.
"Estoniya Təhlükəsizlik Polisi tərəfindən toplanan məlumatlara əsasən, 14-15 avqust gecəsi Tallində baş verən "Milrem Robotics" binasında qəsdən edilən yanğın hücumunun Rusiya Federasiyasının kəşfiyyat xidmətlərinin əmri ilə təşkil edilmiş təxribat aktı olduğu qənaətinə gəlmək olar", - deyə o, X-də yazıb.
Tsahkna bu cür hərəkətlərin tamamilə qəbuledilməz olduğunu bildirib. 29 sentyabrda Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkili Lenar Salimullini çağırıb.
Qeyd edək ki, Rusiya rəsmiləri bu məlumatı təkzib edib.
1 dəqiqədən az