Rusiya Türk Dövlətləri Təşkilatına girməyə meyillidir
Bu haqda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov danışıb
"Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakı məqsədəuyğun olardı".
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstan Prezidenti K-J.Tokayevin TDT Ankara Zirvə görüşüdəki təklifinə münasibət bildirib.
"Başa düşdüyüm qədər, rəsmi dəvət olmayıb, amma buna baxmayaraq, əlbəttə ki, bu mövzu Astana ilə, o cümlədən Astanadan olan dostlarımızla təmaslarımızın gündəmində olacaq. Rusiyanın Türk Dövlətlərinin təşkilatlanmasında iştirakına gəlincə, bilirsiniz ki, Rusiyada bir sıra bölgələr var ki, onların da xalqları tarixən mənşəcə türkdür. Ona görə də bu, təbii ki, Rusiyanın da iştirakını başa düşmək olardı. Belə bir təşkilatın işində iştirak ayrı-ayrı Rusiya regionları deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakıdır”, - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
1 dəqiqə