İran və Türkmənistan liderləri Aşqabadda görüşüblər
Bu barədə İran mətbuatı xəbər yayıb
İran və Türkmənistan liderləri Məsud Pezeşkian və Qurbanqulu Berdiməhəmmədov regional inkişafı müzakirə ediblər.
Bu barədə İRNA məlumat yayıb.
Rəsmi səfərlə Aşqabada gələn İran Prezidenti Türkmənistan Xalq Məclisinin sədri Berdiməhəmmədovla görüşüb. Tərəflər ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.
İran Prezidenti bildirib ki, "Biz əlaqələrimizi və əməkdaşlığımızı genişləndirməliyik, çünki beynəlxalq ictimaiyyətin Beynəlxalq Sülh və Etimad Forumu çərçivəsində təklif olunan yanaşmaya həqiqətən ehtiyacı var".
Aşqabadda Türkmənistanın neytrallığının 30-cu ildönümünə həsr olunmuş Beynəlxalq Sülh və Etimad İli forumu keçirilir. Forumda Orta Asiya ölkələrinin dövlət başçıları, eləcə də Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Putin iştirak edirlər.
1 dəqiqə