Aşqabadda Beynəlxalq Sülh və Etimad İli 2025 forumu başlayıb
Türkmənistan mediası xəbər verir VİDEO / YENİLƏNİR
11:53
Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirir.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Aşğabadda Türkmənistanın neytrallığının 30-illiyinə həsr edilən "Beynəlxalq sülh və təhlükəsizlik" forumunda çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, Universitetin işində fəal iştirak etməyə hazırdır:
"Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəkləmiş və "Beynəlxalq sülh və etimad ili – 2025" qətnaməsinə həmmüəllif qismində qoşulub. Biz qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi qiymətləndiririk"
***
10:09
Aşqabadda Türkmənistanın neytrallığının 30-cu ildönümünə həsr olunmuş Beynəlxalq Sülh və Etimad İli 2025 forumu keçirilir.
Tədbirdə Türkiyə, Rusiya, Qazaxıstan prezidentləri və digər dünya liderləri iştirak edirlər.
VİDEO
Azərbaycanı tədbirdə Baş nazir Əli Əsədov təmsil edir.
1 dəqiqə