XƏBƏRLƏR / Qonşular

İrəvanda separatçılarının ofisində axtarış aparılır

Bu barədə Ermənistan mediası xəbər yayıb

İrəvanda separatçılarının ofisində axtarış aparılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan İstintaq Komitəsi İrəvanda Qarabağ separatçılarının ofisində axtarış aparır

    Ermənistan İstintaq Komitəsi Azərbaycanı könüllü tərk edən separatçıların geri qayıtması ilə bağlı parlament dinləmələrindən cəmi bir gün sonra qondarma "Artsax"ın İrəvandakı ofisində axtarış aparmağa başlayıb.

    Separatçıların sözlərinə görə, İstintaq Komitəsinin 10-dan çox əməkdaşı sənədləri axtarır və gündəmdə digər məsələlər də ola bilər. Onlar axtarışa icazə verən məhkəmə qərarını təqdim ediblər və hazırda kompüterləri araşdırırlar.

    Ermənistan İstintaq Komitəsi bildirib ki, "cinayət işi çərçivəsində zəruri istintaq hərəkətləri həyata keçirilir".