Erməni hərbçisi Azərbaycana işləməkdə təqsirləndirilir
O, sosial şəbəkədə qondarma akkaunt kimi maskalanan şəxslə seksual zəmində əlaqə saxlayıb
43 yaşlı hərbçi nəzarətə alındı.
2023-cü ilin yanvar ayından etibarən ER silahlı qüvvələrinin müqaviləli hərbçisi, kiçik çavuş “Odnoklassniki” sosial şəbəkəsində Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi olan və həmin saytda qondarma akkaunt kimi maskalanan şəxslə seksual zəmində əlaqə saxlayıb.
Şəxsi söhbətlər nəticəsində Azərbaycan tərəfi yaxın əlaqələr qurmağa və onu işə cəlb etməyə nail olub.
43 yaşlı kişi şəxsi maraqlarını əsas tutaraq, daimi təmasda olmaq məqsədi ilə onun göstərişi ilə dövlət və xidməti sirr təşkil edən məlumatları toplayaraq təqdim edib.