Gümrü aeroportunda bomba həyəcanı yalan çıxdı YENILƏNİB
Hava limanının fəaliyyəti bərpa edilib
16:00
Ermənistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gümrü hava limanında bomba olması barədə yalan məlumatla bağlı 36 yaşlı kişi saxlanılıb.
Hava limanının fəaliyyəti bərpa edilib.
***
14:30
Yanlış həyəcan: Ermənistan Daxili İşlər Nazirliyi Şirak hava limanında bomba olmadığını bildirib.
***
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan "Sputnik Armenia"ya bildirib ki, polis Gümrü Şirak hava limanına bomba qoyulması barədə siqnal alıb.
Hava limanının əməkdaşları təxliyə edilib, ərazidə istehkamçılar və polis işləyir, ərazi mühasirəyə alınıb.