Türkiyədə illik inflyasiya azalmağa başlayıb
Bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb
Türkiyədə illik inflyasiya iyun ayında 71,6%-ə enib.
Türkiyə Statistika Təşkilatı (TÜİK) xəbər verir.
May ayında bu rəqəm 75,45 % təşkil edib.
Məlumata görə, iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 1,64%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 24,73% artıb.
Ötən ilin eyni ayına nisbətən ən az artım 51,20% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 107,11% ilə təhsil sektoru olub.