"Sonuncu adam ölsə də, döyüşəcəyik!"
Bunu Paşinyanın səfərindən sonra Tavuş əhalisi deyir
"Sonuncu adam ölsə, döyüşəcəyik." Paşinyanın səfərindən sonra Tavuş əhalisi çox qəzəblənib.
Ermənistanın 'Kanal 5" TV-si (kanal hərbi cani Robik Köçəryana məxsusdur) baş nazir Nikol Paşinyanın Azərbaycana qaytarılası olan 4 kənd barədə yerli əhali ilə görüşündən sonra sakinlər arasında sorğu keçirib.
Yerli əhali Paşinyanı tənqid edərək bəyan edir ki, "türklərə" (azərbaycanlılar) bir qarış torpaq belə verilməməlidir. Onlar "son damla qanınadək" vuruşmağı təklif edirlər. Lakin sakinlər silahın olmamasından gileylənirlər. Reportajdan görünür ki, kənddə ancaq qoca və yaşlı insanlar yaşayır.
Xatırladaq ki, Paşinyan dünən yerli sakinlərlə görüşündə demişdi ki, "4 kəndi qaytarmasaq, həftəsonu müharibə başayacaq".