Bu günə təyin olunan Ankara-İrəvan görüşü baş tutmayacaq
Bu barədə Ermənistan XİN-in sözçüsü Anı Badalyan məlumat verib
Ermənistan KİV bir neçə gün öncə Türkiyə ilə sərhəddə parlamentinin vitse-spikeri Ruben Rubinyanın Türkiyənin xüsusi elçisi Sərdar Kılıcın görüşünü anons etmişdi.
Məlum olub ki, görüş baş tutmayacaq. Bu barədə Ermənistan XİN sözçüsü Ani Badalyan məlumat verib.
O deyib: "Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı xüsusi nümayəndələrin görüşünün tarixi barədə razılıq əldə edildikdən sonra ictimaiyyətə vaxtında məlumat veriləcək".