XƏBƏRLƏR / Qonşular

Köçəryanın gəlini Paşinyana cavab verdi

Müğənni Siruşo: "Məbədimi dağıtsın belə, mən onu başqa yerdə tikəcəyəm"

Köçəryanın gəlini Paşinyana cavab verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müğənni və Robert Köçaryanın (hərbi cani) oğlu Levon Köçəryanın həyat yoldaşı Siruşo bu barədə sosial media səhifəsində hüquq-mühafizə orqanlarının dünən "Pregomesh Production" QSC-də apardığı axtarışlara və Baş nazir Nikol Paşinyanın "əmlak məhrumiyyəti" ilə bağlı açıqlamalarına istinad edərək yazıb.

    O, xüsusilə qeyd edib:

    "Ölkənin Baş naziri məni, bizi və övladlarımı əmlakdan məhrum etməklə hədələyir.

    Həyatımdakı dəyərlər nə əmlakla başlayır, nə də bitir. Məni bununla qorxutmaq mənasızdır. 7 və ya 8 yaşımdan bəri işləyirəm. Yaratdıqlarımı məhv etsəniz belə, yeni bir şey yaradacağam.

    Mənim genlərim ermənidir. Məbədimi dağıtsın belə, mən onu başqa yerdə tikəcəyəm".