Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb YENİLƏNİB
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb
Ermənistanın Tavuş (Tovuzqala) rayonunun Kirants (Güney) kəndində sərhəd dirəkləri quraşdırılıb.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Kirants (Güney) kəndi hissəsində sərhədin demarkasiyası işləri yekunlaşmaq üzrədir. Sərhəd Ermənistan Sərhəd Qoşunları tərəfindən nəzarətə götürülüb.
Sərhəd dirəklərinin yanında sərhədçilərin dayandığı bildirilir.
Erməni KİV-ləri xəbər verir ki, bu prosesi rahat şəkildə həyata keçirmək üçün Kirantsa (Güney) giriş müvəqqəti olaraq bağlanıb.
“Hraparak” yazır ki, Azərbaycanla sərhəd kəndin ortasından keçir və hazırda orada silahlı sərhədçilər yerləşdirilib.
Qeyd edək ki, delimitasiya nəticəsində sərhəd xəttinin Kirantsın ikiyə bölünməsi kənd sakinlərinin etirazı ilə qarşılanıb və bununla da Ermənistanı aksiyalar bürüyüb.