Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana səfər edəcək. Bu barədə o, “Habertürk” kanalına müsahibəsində müsahibəsində məlumat verib.
O, partiya sədri seçildikdən sonra ilk xarici səfərini Şimali Kiprə etdiyini xatırladıb.
“Daha sonra Azərbaycandan görüş istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, – Özəl qeyd edib.
O, səfərin qarşıdakı günlərdə baş tutacağını bildirib.
“Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz. Orada qüsurun böyüyü bizə, kiçiyi Azərbaycana düşər. Yanlışımız varsa, düzəldilməlidir”, – Özəl müsahibəsində qeyd edib.