“Vətən naminə Tavuş” hərəkat yürüşü İrəvan küçələrində VİDEO
Saat 16:00-da meydanda mitinq olmalı idi YENİLƏNİR
16:21
İrəvanın Respublika meydanına adamlar toplaşır. Görüntülərdə polis qüvvələri də görünür.
Erməni mətbuatının məlumatına görə, Ermənistan Daxili İşlər Nazirliyinin polis rəisi Aram Ovanisyan da hazırda Respublika meydanındadır.
***
13:41
Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü İrəvana çatıb. İndi onun iştirakçıları paytaxtın kənarındadır.
Saat 16:00-da meydanda mitinq olacaq.
"Sputnik Armenia" xatırladır ki, aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycanın Tavuş vilayətindən delimitasiyaya başlaması və iyulun 1-nə kimi əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəldiyini açıqlamışdı. Elə həmin gün axşam saatlarından etibarən Tavuşun sərhəd kəndlərinin sakinləri İrəvanla Bakı arasında razılaşmalardan narazılıq edərək etiraz aksiyaları keçiriblər. Mayın 4-də onlar sərhəddəki Kirants kəndindən yürüşə başlayıblar.
***
11:20
Ermənistnın Milli təhlükəsizlik xidməti “Vətən naminə Tavuş” hərəkatının tərəfdarlarını qanunun aliliyinə hörmət etməyə, asayişə zidd getməməyə çağırıb.
Konstitusiya quruluşunu təhdid edən hər hansı qanunsuz davranış qanunla müəyyən edilmiş bütün vasitələrdən istifadə edilməklə zərərsizləşdiriləcək.
Ermənistan Respublikası Daxili İşlər Nazirliyi də etirazçılara xəbərdarlıq edib:
Bugünkü toplantının iştirakçılarını və təşkilatçılarını ictimai asayişi pozmağa yönəlmiş hərəkətlərdən çəkinməyə, həmvətənlərin hüquqlarına hörmət etməyə və ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmağa çağırırıq.
Ermənistan Respublikası qanuni ölkədir və istənilən qeyri-qanuni davranış müvafiq şəkildə cəzalandırılacaq.
***
09:39
Erməni Apostol Kilsəsinin rəhbərlik etdiyi etiraz yürüşü bu gün İrəvandakı Respublika meydanında ümumxalq mitinqinə çevrilməlidir. Bu barədə Ermənistan KİV-lərinin məlumatında bildirilib.
Qeyd edək ki, yürüş mayın 4-də Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətindən başlayıb. Etirazçılar Qazaxın işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması, sərhədlərin delimitasiyası ilə razılaşmayanlardır.
Etirazlara Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyan başçılıq edir.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin hakimiyyətə qarşı etiraz hərəkatına rəhbərlik etməklə eks-prezident Robert Köçəryanı hakimiyyətə qaytarmaq istəyir.