XƏBƏRLƏR / Qonşular

"Qarabağ hərəkatı" Ermənistan üçün ölümcül bir səhv idi

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla həmsərhəd olan Karnidzor kəndində deyib

"Qarabağ hərəkatı" Ermənistan üçün ölümcül bir səhv idi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Baş naziri Nikol Paşinyan 1988-ci ildə başlayan sözdə "Qarabağ hərəkatı"nın ölkə üçün "ölümcül bir səhv" olduğunu bəyan edib.

    O, bu açıqlamanı Azərbaycanın Laçın rayonu ilə həmsərhəd olan Kornidzor kəndində seçkiqabağı təşviqat çərçivəsində yerli əhaliylə görüşündə çıxışı zamanı verdi.

    Paşinyanın sözlərinə görə, 1990-cı illərdə Ermənistanın münaqişədə "qələbəsi" barədə danışılsa da, Ermənistan nə sabit inkişafa, nə də tam azadlıq və demokratiyaya nail ola bildi.

    "Biz ərazi itirməkdə ittiham olunuruq. Amma mən aydın şəkildə bildirmək istəyirəm ki, ərazi itirməmişik. Əslində, itirməkdə ittiham olunduğumuz ərazilər heç vaxt bizə məxsus olmayıb", - deyə Ermənistanın Baş naziri bildirib.

    Paşinyan həmçinin qeyd edib ki, son illərin hadisələri Ermənistana çətin, lakin vacib bir dərs verib və ona "düzgün nəticələr" çıxarmağa imkan verib.