XƏBƏRLƏR / Qonşular

Həştərxanda ikitərəfli komissiyanın iclası keçirilir

Bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib

Həştərxanda ikitərəfli komissiyanın iclası keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Həştərxan şəhərində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilir.

    Bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

    İclasdan əvvəl Azərbaycan nümayəndə heyətinin üzvləri Ulu Öndər Heydər Əliyevin “Naberejnaya Privoljski” küçəsində yerləşən abidəsi önünə gül dəstələri qoyublar.

    Mərasimdə hökumətlərarası komissiyanın Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov iştirak ediblər.