Tokayev Rusiyanın TDT-yə qoşulmasını təklif edib
Bu barədə Qazaxıstan Prezidenti 13-cü Türk Dövlətləri Təşkilatının zirvə toplantısındakı çıxışında deyib
Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi qoşulmasını təklif edib.
Qazaxıstan Prezidenti 13-cü Türk Dövlətləri Təşkilatının zirvə toplantısında çıxış etdi. O, suverenliyə və milli maraqlara hörmətin əməkdaşlığın əsas prinsipi olaraq qaldığını vurğulayıb.
Tokayev Rusiyanın "Türk Dövlətləri Təşkilatı+" formatına qoşulmaq və ya təşkilatın fəaliyyətində müşahidəçi kimi iştirak etmək niyyətinə müsbət münasibət bildirib.
"Böyük bir dövlət olaraq, Rusiya əsrlər boyu türk dünyası ilə sıx əlaqələr saxlayıb. Bir çox türk xalqlarının nümayəndələri tarixən bu ölkədə yaşayıblar. Rusiya hazırda Qazaxıstanın dəstəklədiyi "Altay - Türk Sivilizasiyasının Beşiyi" layihəsini təşviq edir. Rus dilindəki bir çox söz türk mənşəlidir. Ümumilikdə, Rusiya türk ölkələrinin, yəni Təşkilatımızın bir hissəsi olsaydı, bu, bütün ölkələrimizə fayda verərdi", - deyə Prezident bildirib.
Qazaxıstanın Türk Dövlətləri Təşkilatı ölkələri ilə ticarət dövriyyəsi bu il 10 milyard dollara yaxınlaşıb ki, bu da ötən illə müqayisədə 40% artım deməkdir.
Tokayev həmçinin təşkilatın 2027-2031-ci illər üçün strategiyasının qəbul edilməsini sürətləndirməyə və Türk İnvestisiya Fondundan daha aktiv istifadə etməyə çağırıb.
1 dəqiqə