Trampın Qrenlandiya uğrunda savaşı davam edir
Foto Trampın “Truth Social” hesabında yerləşdirilib YENİLƏNİB
14:10
Bu arada CNN xəbər verir ki, ABŞ və Danimarka Qrenlandiyanın müdafiəsi ilə bağlı 1951-ci il müqaviləsini yenidən nəzərdən keçirməyi düşünür.
Yenidən işlənmiş müqaviləyə "Çinin Qrenlandiyaya investisiya qoymasını qadağan edən güclü zəmanətlər" daxil ola bilər. NATO-nun baş katibi Mark Rutte hesab edir ki, belə bir razılaşma əldə edilə bilər ki, bu da Vaşinqton və Kopenhagen arasında münaqişənin qarşısını alacaq.
***
12:37
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Djey Di Vens və dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyaya Amerika bayrağını sancdığı foto yayımlayıb.
Foto Trampın “Truth Social” hesabında yerləşdirilib.
Fotoda “Qrenlandiya, ABŞ ərazisi, 2026-cı ildən etibarən” yazılmış bir lövhə də görünür.
ABŞ lideri yazıb ki, Amerika tərəfi adanın ilhaqı ideyasından geri çəkilməyəcək.
1 dəqiqədən az