Azərbaycan və Ermənistan "Zod" mədəninin sərhəd hissəsində
"Sputnik Armeniya" xəbər verir
Azərbaycan və Ermənistan tərəfləri Geqarkunik vilayətindəki "Zod" ("Sotk") qızıl mədəninin sərhədyanı hissəsinə baxış keçiriblər.
Bu barədə "Sputnik Armeniya" Baş nazirin müavini Mqer Qriqoryanın dəftərxanasına istinadən məlumat yayıb.
"Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələri "Sotk" mədəninin sərhədyanı hissəsində birgə çöl tədqiqatları aparıblar", - dəftərxanadan bildiriblər.
Daha əvvəl Ermənistan mediası tərəflərin bu sahədə demarkasiya işləri apardıqları barədə xəbər verib. Qriqoryanın ofisi bu məlumatı təkzib edib.
1 dəqiqədən az