Ermənilər biri birini Azərbaycanın hücumu ilə qorxudurlar
Ermənistan Müdafiə Nazirliyi şayiələri təkzib edir və dövlətə qarşı hibrid kampaniya kimi səciyyələndirir
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan sosial mediada Azərbaycan silahlı qüvvələrinin Naxçıvan ərazisindəki Ermənistan mövqelərinə bir neçə dəfə atəş açdığı barədə yayılan məlumatları təkzib edib.

Armenpress-in məlumatına görə, Torosyan Facebook səhifəsində yazıb: "Bu, doğru deyil; növbəti dezinformasiyadır. Dövlətə qarşı hibrid kampaniyanın təzahürü deyilsə, bu nədir?".

Daha əvvəl jurnalist David Qalstyan Facebook-da Azərbaycan hərbçilərinin 23 dekabr axşamı Naxçıvan ərazisindəki Ermənistan mövqelərinə bir neçə dəfə atəş açdığını bildirərək, aldığı məlumata görə, atəşlərin hədəfə alınmadığını vurğulayıb.
Məlum olub ki, David Qalstyan "Sputnik Armenia portalının jurnalistidir" və eyni zamanda digər Rusiya təbliğat resurslarında çalışır.
1 dəqiqədən az