XƏBƏRLƏR / Qonşular

Ermənistanla sərhədin demarkasiyası Zəngəzurda ola bilər

TRIPP layihəsi ilə əlaqəli danışan Ermənistanın vitse-premyeri Mher Qriqoryanın sözlərindən belə çıxıb

Ermənistanla sərhədin demarkasiyası Zəngəzurda ola bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın vitse-premyeri Mher Qriqoryan Azərbaycanla sərhədin demarkasiyası haqda danışıb:

    "Düşünürəm ki, TRIPP layihəsi ilə əlaqəli ərazilərin demarkasiyasının növbədən kənar həyata keçirilməsi ehtimalı yüksəkdir ki, iş təşkil olunsun və həyata keçirilsin.

    Hazırda TRIPP-nin yaradılmasını gözləmədən üç infrastruktur layihəsi üzrə layihələndirmə işlərinə başlamaq planlarımızı onlara təhvil verəcəyik: dövlətlərarası magistral yol, elektrik ötürmə xətti və dəmir yolu. Bu üç infrastruktur layihəsinin hamısı Sünikdə tikilməlidir".

    Xatırladaq ki, Azərbaycan-Ermənistan danışıqlarına əsasən, demarkasiya Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişməsindən başlamalı və şimaldan cənub istiqamətinə getməli idi.