Ermənistan sürücülük vəsiqələri Rusiyada tanınmayacaq
Get-gedə Rusiya-Ermənistan münasibətləri müxtəlif sahələrdə sürətlə pisləşir
Rusiya Federasiyasının Dövlət Duması Ermənistan vətəndaşlarının Rusiyada sahibkarlıq və əmək fəaliyyəti üçün sürücülük vəsiqələrinin tanınmasını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.
Bir neçə ay öncə Rusiyanın Baş naziri Mişustin Ermənistan sürücülük vəsiqələrinin yaxın zamanlarda ölkə ərazisində tanınmasına söz vermişdi.